Türkiyənin İstanbul şəhərindən Rusiyanın Mineralnıye Vodı şəhərinə uçan "Sukhoi Superjet" təyyarəsi Qara dəniz üzərində təhlükə siqnalı verib.
Demokrat.az xəbər verir ki, bu barədə "Flightradar" xidmətinin məlumatında bildirilir.
Məlumata görə, "Azimuth" aviaşirkətinə məxsus A46074 nömrəli reys havaya qalxdıqdan təxminən 20 dəqiqə sonra fövqəladə vəziyyət siqnalı ötürüb. Hadisənin səbəbi hələlik açıqlanmayıb.
Təyyarənin yenidən İstanbul hava limanına qayıtdığı bildirilir. Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumat verilməyib.
Jalə Demokrat.az


