Hadisə

Zaqatalada maşınlar toqquşdu — 4 nəfər xəsarət aldı

Zaqatalada maşınlar toqquşdu — 4 nəfər xəsarət aldı

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində olub.

Məlumata görə, “KIA” və “VAZ-2106” markalı iki minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.(qafqazinfo.az)

Demokrat.az

D
demokrat.az