Ermənistandan olan ayrı-ayrı ixracatçılara qarşı Rusiya tərəfindən məhdudiyyətlərin tətbiqi ölkənin ümumi makroiqtisadi göstəricilərinə kritik təsir göstərməyib və Ermənistan iqtisadiyyatı güclü göstəricilər nümayiş etdirməkdə davam edir.
Demokrat.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
Hətta heç vaxt Rusiyaya yumurta və başqa quşçuluq məhsulu ixrac etməyən Ermənistan şirkətlərinin Rusiya sanksiyalarına və idxal qadağalarına məruz qalması ilə bağlı sualı cavablandıran Paşinyan qeyd edib ki, bu tədbirlər belə müəssisələrin fəaliyyətinə ciddi şəkildə təsir göstərməyib.
O, hökumətin statistikasının Ermənistan bazarının xarici şoklara davamlılığını açıq şəkildə əks etdirdiyini bildirib.
"Özünüz görə bilərsiniz ki, təkcə may ayında iqtisadi aktivlik əmsalı 11% olub, yanvar-may aylarında isə illik müqayisədə 8%-i ötüb. Hər zaman təsir var, lakin rəqəmlər öz sözünü deyir", - deyə Paşinyan sözlərinə əlavə edib.
O, vurğulayıb ki, yekun nəticəyə gəlmək üçün müvafiq dövlət qurumları vəziyyətin ətraflı təhlilini davam etdirdirir.


