Hadisə

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı

Gürcüstanın Batumi şəhərində İnterpolun "qırmızı bülleten"i ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

Demokrat.az oxu.az-a istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.

Xəbərdə bildirilir ki, müxtəlif ağır cinayətlər törətdiyinə görə saxlanılan şəxs Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

Saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları davam etdirilir.

Demokrat.az

D
demokrat.az