Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Pənahov Elvin Məhəmməd oğlu kəskin miokard infarktı nəticəsində vəfat edib.
Demokrat.az xəbər verir ki, bu barədə “apa.az”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına başsağlığı verib.
*** 12:20
Naxçıvan Muxtar Respublikasında hərbçi dünyasını dəyişib.
Demokrat.az“Unikal”a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.
Abdullayev Afiyəddin Arif oğlu futbol oynayan zaman ürəktutmadan vəfat edib.
Qeyd edək ki, Naxçıvanda bir neçə gün əvvəl hərbçi, Vətən müharibəsi iştirakçısı Elvin Pənahov da ürəktutmadan həyatını itirib.

Demokrat.az


