Türkiyəli fenomen və müğənni Kerimcan Durmazın konserti zamanı gözlənilməz hadisə yaşanıb.
Demokrat.az xəbər verir ki, Antalya şəhərində keçirilən konsert zamanı ön sırada olan tamaşaçılardan biri Kerimcan Durmazın üzünə yaxın məsafədən konfet atıb. Bu hadisə sənətçini özündən çıxarıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Kerimcan Durmazın səhnədən enərək həmin tamaşaçıya yaxınlaşdığı, onun yaxasından tutduğu və əlindəki mikrofonla etirazını bildirdiyi görünür. Hadisə qısa müddətli gərginliyə səbəb olub.
Ətrafdakıların müdaxiləsindən sonra vəziyyət nəzarətə götürülüb və konsert davam etdirilib. Hadisənin görüntüləri qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər arasında müzakirələrə səbəb olub.
Jalə Demokrat.az


