Şou-biznes Özəl

Deniz Akkaya saxlanılıb

Deniz Akkaya saxlanılıb

Keçmiş model Deniz Akkayanın Kocaelidə qaldığı evdə baş verən insidentdən sonra polis tərəfindən saxlanıldığı bildirilir.

Demokrat.az xəbər verir ki, Akkaya bir müddət əvvəl İstanbuldan ayrılaraq dostu Kürşat A.-nın Kartepedə yerləşən evində qalmağa başlayıb. İddiaya əsasən, tərəflər arasında naməlum səbəbdən yaranan mübahisə qısa zamanda böyüyərək dava ilə nəticələnib.

Məlumatda bildirilir ki, Akkayanın dostuna fiziki müdaxilə etdiyi və evdəki əşyalara zərər vurduğu iddia olunur.

Hadisə ilə bağlı polisə məlumat verildikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib. Polis ilkin araşdırmalardan sonra Deniz Akkayanı ifadəsinin alınması üçün polis bölməsinə aparıb.

Hadisə ilə bağlı araşdırma davam edir. Rəsmi qurumlar tərəfindən insidentin detalları və hüquqi qiymətləndirmə ilə bağlı yekun açıqlama hələ verilməyib.

Leyla Demokrat.az

D
demokrat.az