Şou-biznes Özəl

Dünyanın ən məşhur müğənnilərindən biri öldü

Dünyanın ən məşhur müğənnilərindən biri öldü

"Village People" qrupunun həmtəsisçisi, aparıcı solisti və əfsanəvi "Y.M.C.A." hitinin həmmüəllifi Viktor Uillis vəfat edib.

Demokrat.az xəbər verir ki, 74 yaşlı musiqiçi iyunun 30-da qısamüddətli, lakin ağır keçən xəstəlikdən sonra dünyasını dəyişib. Bu barədə onun həyat yoldaşı Karen Haff-Uillis və qrupun rəsmi səhifəsi məlumat yayıb.

Viktor Uillis 1977-ci ildə yaradılan "Village People" qrupunun əsas simalarından biri idi. O, səhnədə əsasən polis və ya dənizçi obrazında çıxış edir, qrupun ən məşhur mahnılarının ifaçısı və həmmüəllifi kimi tanınırdı.

"Y.M.C.A.", "Macho Man", "In the Navy" və "Go West" kimi hitlər dünya musiqi tarixində xüsusi yer tutub. 2020-ci ildə "Y.M.C.A." ABŞ Konqres Kitabxanasının Milli Səsyazma Reyestrinə daxil edilərək tarixi, mədəni və estetik baxımdan əhəmiyyətli əsər kimi qorunmağa başlanıb.

Son illərdə "Y.M.C.A." mahnısı ABŞ Prezidenti Donald Trampın seçki kampaniyalarının ayrılmaz hissəsinə çevrilmişdi. Tramp çıxışları zamanı bu mahnıdan mütəmadi istifadə edir, mahnı isə onun tərəfdarları arasında böyük populyarlıq qazanmışdı. Uillisin vəfatından sonra Tramp da musiqiçi ilə bağlı başsağlığı paylaşaraq onun irsinin yaşayacağını bildirib.

Jalə Demokrat.az

D
demokrat.az