Xalq artisti Fatma Mahmudova qızı, müğənni Nigar Tofiqin toy hazırlıqlarının davam etdiyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, Səsənətçi bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, toyun dəqiq tarixini açıqlamasa da, mərasimin sentyabr ayında həm Bakıda, həm də Qarabağda keçiriləcəyini bildirib.
Fatma Mahmudovanın sözlərinə görə, toy ənənəvi Qarabağ ruhunda təşkil olunacaq:
"Toy bir neçə yerdə olacaq. Elə-belə məclis olmayacaq, milli Qarabağ toyu olacaq. Məni istəyən bütün sənət dostlarım, qarabağlılarımın hamısı dəvət olunacaq".
Qeyd edək ki, Nigar Tofiq duet ortağı Xan Qaraxanoğlu ilə bu ilin may ayında nişanlanıb. Toy mərasiminin sentyabr ayında keçirilməsi planlaşdırılır.

Jalə Demokrat.az


