Şou-biznes Özəl

Seda Sayandan səmimi etiraf: "Dərdimi ona danışıram"

Seda Sayandan səmimi etiraf: Dərdimi ona danışıram

Türkiyəli müğənni və televiziya aparıcısı Seda Sayan uzun illər insanların problemlərini dinləsə də, öz dərdini demək olar ki, heç kimlə bölüşmədiyini etiraf edib.

Demokrat.az xəbər verir ki, sənətçi bu barədə yerli mediaya danışıb.

"Dərd anası oldum. İllərdir insanların dərdini dinləyirəm, amma mən öz dərdimi heç kimə danışmıram", deyə Seda Sayan bildirib.

Sənətçi həyatda sirrini bölüşdüyü yeganə şəxsin isə Safiye Soyman olduğunu deyib: "Mən dərdimi kimə danışıram? Safiyeyə... Hər kəsin bir Safiyesi var".

Onun sözlərinə görə, Safiye ən çox güvəndiyi və çətin anlarında üz tutduğu insandır.

Müğənninin bu etirafı həm onun həyatındakı səmimi dostluq münasibətini nümayiş etdirib, həm də həmişə güclü və şən obrazı ilə tanınan sənətçinin həssas tərəfini üzə çıxarıb. Açıqlama sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Jalə Demokrat.az

D
demokrat.az