Osetin qadınları haqqında nalayiq fikirlər səsləndirən bloqer Avanesov ABŞ-də güllələnib.
ABŞ-də naməlum şəxslər əvvəllər osetin qadınları haqqında öz sosial şəbəkə hesablarında təhqiramiz ifadələri ilə tanınan erməni bloqer Armen Avanesovun avtomobilinə atəş açıblar.
Demokrat.az xəbər verir ki, bu barədə erməni bloqerin dostu özünün "Qafqaz İcması" Telegram kanalında məlumat verib.

Hadisə Avanesov avtomobilində olarkən dayanacaqda baş verib.
Onun hücumdan sonra yaralandığı və vəziyyətinin ağır olduğu bildirilib.
View this post on Instagram
Onun zədələnmiş avtomobilin, o cümlədən qabaq şüşəsinin sındığı görüntüləri də ortaya çıxıb. Lakin hadisənin dəqiq şəraiti və hücumu həyata keçirənlər hələlik müəyyən edilməyib.
Xatırladırıq ki, Armen Avanesov osetin qadınlarını və onların geyim tərzlərini hədəf alan bir sıra alçaldıcı paylaşımlardan sonra sosial şəbəkədə məşhurlaşmışdı.


