Siyasət Özəl

"Ermənistanın dövlət kimi dəqiq xarici siyasət istiqaməti varmı?" — Gürcü ekspert

Ermənistanın dövlət kimi dəqiq xarici siyasət istiqaməti varmı? — Gürcü ekspert

Ermənistanda keçirilən son seçkilər həm ölkə daxilində, həm də beynəlxalq arenada müzakirələrə yol açıb. Ekspertlərin çoxu bu prosesdən sonra Rusiyanın bölgədəki mövqeyini itirdiyini və İrəvanın Qərbə daha çox yaxınlaşacağını iddia edir.

Gürcüstanlı tanınmış siyasi şərhçi İrina Corbenadze mövzu ilə bağlı Demokrat.az-a fikirlərini bölüşüb. Analitik Ermənistanın konkret hədəflərinin olmadığını vurğulayıb.

Ekspert İrəvanın xarici siyasət kursunu kəskin tənqid edib:

Ermənistanın dövlət kimi dəqiq xarici siyasət istiqaməti varmı? — Gürcü ekspert

"Ermənistanın dövlət kimi dəqiq xarici siyasət istiqaməti varmı? Mən belə bir istiqamət görmürəm. İrəvan daha çox mövcud siyasi şəraitə uyğun hərəkət edir, lakin bunu da kifayət qədər səriştəsiz şəkildə edir".

İrina Corbenadze ölkənin diplomatik addımlarını da uğursuz adlandırıb. Onun sözlərinə görə, İrəvan rəhbərliyi hətta ən sadə diplomatik ardıcıllıqdan da məhrumdur. Şərhçi əlavə edib ki, məhz bu amil Ermənistanın etibarlı beynəlxalq tərəfdaşa çevrilməsinə ciddi maneələr yaradır.

Alparslan

D
demokrat.az