Azərbaycanda qadınların pensiya yaşı artırılaraq kişilərin yaş həddi ilə bərabərləşib.
İyulun 1-dən etibarən qadınlar üçün bu hədd 65 yaş olaraq müəyyən edilib. Kişilər üçün mərhələli artım prosesi hələ 2021-ci ildə başa çatıb.
"Əmək pensiyaları haqqında" qanuna görə, yaş həddi 2017-ci ildən bəri hər il 6 ay artırılırdı. Bu gündən tətbiq edilən yeni dəyişikliklə qadınların da pensiya yaşı son həddə çatdı.
Vətəndaşların yaşa görə əmək pensiyası hüququ fərdi hesablarındakı kapitaldan asılıdır. Toplanan kapital minimum pensiya təminatına imkan verməlidir. Bu şərt ödənmədikdə isə şəxsdən azı 25 il sığorta stajı tələb olunur.
Beləliklə, ölkədə kişi və qadınların pensiyaya çıxmaq üçün yaş həddi ilk dəfə tam bərabərləşib.


