DİN Baş Dövlət Yol Polisi İdarəsi bıçaqla DYP əməkdaşına xəsarət yetirmək istəyən sürücünün zərərsizləşdirilməsi barədə məlumat yayıb.
Avtosfer.az-a İdarədən daxil olan məlumatda bildirilir ki, yanvarın 31-də saat 10:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən 68-ci kilometrində qabaq şüşəsinə sayrışan işıqlar quraşdırıldığına görə “Reanault Tondar” markalı, 99-UD-071 dövlət qeydiyyat nişanlı minik avtomobili YPX inspektorları tərəfindən saxalanılıb.
Bu zaman avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Seyidzadə Mirsamir Mirhəşim oğlu əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayaraq əlindəki bıçaqla polis əməkdaşına xəsarət yetirməyə cəhd edib. Lakin YPX inspektoru polis baş serjantı Anar İbrahimovun cəld hərəkəti və çevikliyi nəticəsində zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə istintaq orqanlarına təhvil verilib.


