Şou-biznes Özəl

İki türk məşhur niyə küsüb? — İllər sonra etiraf

İki türk məşhur niyə küsüb? — İllər sonra etiraf

Türk aktrisa Seda Bakan bir vaxtlar yaxın dost olduğu müğənni Hadisə ilə aralarının dəyməsinin səbəbiylə bağlı yayılan iddialara aydınlıq gətirib.

Demokrat.az xəbər verir ki, Seda Bakan aralarında hər hansı mübahisə və ya inciklik yaşanmadığını, lakin zaman keçdikcə bir-birlərindən uzaqlaşdıqlarını bildirib.

Yaxın dost olan Seda Bakan və Hadisə “Əsas Oğlan” serialında birlikdə rol almışdılar. Layihədən sonra isə onların küsdüyü ilə bağlı iddialar yayılmışdı. Seda Bakan məsələ ilə bağlı susqunluğunu Fatih Altaylının proqramında pozub. Daha əvvəl hər iki sənətçini proqramında qonaq edən Altaylının "O gün mübahisə edəcəyinizi hiss etmişdim" sözlərinə cavab olaraq Bakan "Mübahisə etmədik" deyib və aralarında baş verənləri belə izah edib:

"Heç nə baş vermədi, sadəcə bir-birimizdən uzaqlaşdıq. Əslində danışmadan uzaqlaşdıq. Yəni bununla bağlı xüsusi qərar vermədik. Bir-birimizi incitdiyimizə də inanmıram. Doğrudan da heç bir gərginlik olmadı. Bilmirəm, bəlkə mən onu incitmişəm. Amma mənim tərəfimdən heç bir problem yoxdur. Sadəcə bunu anladım ki, bəlkə də çox insanla dostluq etməmək lazımdır. Artıq daha çox ailəmə və öz daxili dünyama yönəlməli olduğumu düşünürəm".

Seda Bakan və Hadisənin birlikdə rol aldığı “Əsas Oğlan” serialı 2024-cü ilin son aylarında tamaşaçıların ixtiyarına verilmişdi. Serialdan sonra iki sənətçi arasında münasibətlərin pozulduğu barədə iddialar ortaya atılmışdı.

İddialara görə, Seda Bakanın Hadisənin aktyorluğunu tənqid edən sosial media paylaşımını bəyənməsindən sonra Hadisə “Instagram” hesabındakı birlikdə çəkildikləri fotoları silmiş, həmçinin ortaq dost çevrəsində də münasibətlərdə məsafə yarandığı bildirilmişdi.

Daha sonra Seda Bakan rus yazıçısı Lev Tolstoya aid edilən aşağıdakı ifadəni paylaşmışdı:

"Pislər onlara dözüldükcə daha da azğınlaşırlar".

Jalə Demokrat.az

D
demokrat.az