İlk baxışda qəribə görünsə də, bəzi insanlar gecələr qapının dəstəyinə şüşə stəkan asırlar. Bu sadə üsulun məqsədi isə evə kənar şəxsin daxil olmağa çalışdığını vaxtında hiss etməkdir.
Demokrat.az xəbər verir ki, üsul xüsusilə tək yaşayan və ya özünü daha təhlükəsiz hiss etmək istəyən şəxslər arasında geniş yayılıb.
Metod olduqca sadədir. Şüşə stəkan qapının dəstəyinin üzərinə və ya yaxın hissəsinə elə yerləşdirilir ki, qapı açılan zaman yerə düşərək səs çıxarsın. Beləliklə, gecə saatlarında və ya evdə tək olarkən qapını açmağa çalışan şəxs olarsa, stəkanın səsi ev sahibini xəbərdar edə bilər.
Mütəxəssislər bildirirlər ki, bu üsul peşəkar təhlükəsizlik sistemi hesab edilmir və qapı kilidlərini əvəz edə bilməz. Lakin əlavə xəbərdarlıq vasitəsi kimi istifadə oluna bilər.
Qeyd olunur ki, metod daha çox gecə saatlarında, evdə tək qalarkən və ya uzun müddət istifadə olunmayan qapıların nəzarətdə saxlanılması məqsədilə tətbiq edilir.
Bununla belə, təhlükəsizlik mütəxəssisləri evlərin etibarlı qapı, keyfiyyətli kilid və müasir siqnalizasiya sistemləri ilə qorunmasının daha effektiv üsul olduğunu vurğulayırlar.
Jalə Demokrat.az


