Uzun tətillərdən sonra yenidən iş ritminə qayıtmaq çox vaxt çətin olur. Fokuslanmaq, işə köklənmək və motivasiya tapmaq zaman tələb edir. Düzgün addımlarla bu keçid prosesini asanlaşdırmaq mümkündür.
İlk iş günündə böyük layihələrə başlamaq enerjinizi tez tükəndirə bilər. Ağır və mürəkkəb tapşırıqları təxirə salmaq daha yaxşıdır. Günə sadə, asan işləri yerinə yetirməklə başlayın.
Gələn məktubları və mesajları mütləq qruplaşdırın. Təcili cavab gözləyən müraciətləri öncəliklə edin. Digər yazışmaları isə gün ərzində mərhələli şəkildə tamamlayın. Bu üsul stressi əhəmiyyətli dərəcədə azaldır.
İş rejimində qısa fasilələr vermək vacibdir. Hər saatdan bir yerinizdən qalxın və hərəkət edin. Qısa fasilələr beynin yenidən cəmlənməsinə kömək edir. Eyni zamanda gün ərzində bol su için.
Yuxu rejiminə xüsusi diqqət yetirmək lazımdır. Tətil günlərində yuxu saatları çox vaxt pozulur. İşə başlamazdan bir neçə gün əvvəl normal rejimə qayıdın. Erkən yatmaq səhər gümrah oyanmağı təmin edir.
Həftəlik planlama etmək işinizi xeyli yüngülləşdirəcək. Görüləcək işləri siyahı halına salın. Planlı hərəkət etmək xaotik vəziyyətlərin qarşısını alır. Beləcə iş tempinə uyğunlaşmaq sürətlənir.
Yəni işə adaptasiya olmaq üçün tələsmədən, addım-addım və planlı hərəkət etmək lazımdır.
Demokrat.az


