Finlandiyada 100 ildən artıq mövcud olan stasionar telefon rabitəsi tamamilə ləğv edilib.
İyulun 1-dən etibarən ölkənin sonuncu rabitə operatoru həm vətəndaşlar, həm də şirkətlər üçün ənənəvi ev telefonlarının xidmətini dayandırıb. Həmin şirkət yeni abunəçi qəbulunu hələ bir neçə il əvvəl dayandırmışdı. Bu ilin əvvəlinə cəmi bir neçə min aktiv stasionar telefon xətti qalmışdı.
Həmçinin oxu: iPhone işlədənlərə təcili xəbərdarlıq 'Bu maşını almayın, peşman olacaqsınız' Yol qırağında bitir, hamı tapdalayıb keçir — Dünyanın ən faydalı tərəvəzi seçildi
Ölkənin digər iki nəhəng telekommunikasiya şirkəti də bu texnologiyadan daha əvvəl imtina edib. Onlardan biri 2019-cu ildə, digəri isə cari ilin əvvəlində öz stasionar şəbəkələrini tamamilə bağlayıb.


