Şou-biznes Özəl

"Kızılcık Şerbeti"nin aktrisası ilə bağlı qərar açıqlandı — FOTO

Kızılcık Şerbetinin aktrisası ilə bağlı qərar açıqlandı — FOTO

"Kızılcık Şerbeti" serialında Nilay obrazını canlandıran aktrisa Feyza Civelekin layihədən ayrılıb-ayrılmayacağı ilə bağlı yayılan iddialara ilk dəfə serialın prodüseri Faruk Turgut münasibət bildirib.

Demokrat.az xəbər verir ki, qadağan olunmuş maddə testinin müsbət nəticələnməsindən sonra aktrisanın serialdan uzaqlaşdırılacağı ilə bağlı müzakirələr aparılsa da, indiyədək bu barədə rəsmi qərar verilməyib.

Məsələ ilə bağlı Fatih Altaylının YouTube kanalında yayımlanan "Paşa Paşa Muhabbetler" proqramında danışan Faruk Turgut bildirib ki, serialın digər aktyoru Doğukan Güngörün layihədən ayrılması onun şəxsi qərarı olmayıb. Prodüserin sözlərinə görə, həmin dövrdə kanal rəhbərliyinin tələbi əsasında qadağan olunmuş maddədən istifadə etdiyi müəyyən edilən aktyorların "Show TV" seriallarında yer almaması qərarı verilib və o da bu qərara əməl etməyə məcbur qalıb.

Faruk Turgut Feyza Civelekin taleyi ilə bağlı isə hələlik yekun qərarın olmadığını deyib. Onun sözlərinə görə, serial hazırda yayımda deyil və yeni mövsümə qədər vəziyyət dəyişə bilər.

Prodüser bildirib ki, serialın ssenari müəllifi Melis Civelekdir və Feyza Civelekin layihədən ayrılması serialın gələcəyinə də təsir göstərə bilər. O, bu məsələdə tələsik qərar verməyin düzgün olmadığını vurğulayıb.

Kızılcık Şerbetinin aktrisası ilə bağlı qərar açıqlandı — FOTO

Leyla Demokrat.az

D
demokrat.az