Maraqlı Özəl

İnsulin dirənci nədən yaranır?

İnsulin dirənci nədən yaranır?

İnsulinin çox sayda yaxşı xüsusiyyətləri var: insulin öz-özlüyündə aclıq hissini yatırır və iştahanı azaldır, zülalın sintezində iştirak edir və əzələlərin qurulmasına kömək edir, qaraciyərin qlükozanı rahat energetik yanacaq olan qlikogen şəklində ehtiyatda saxlamasına kömək edir.

İnsulin dirənci nədir?
Bədəndə insulin hormonu olsa da, hüceyrələr ona düzgün cavab vermir. Nəticədə şəkər qanda qalır və bədən bunu kompensasiya etmək üçün daha çox insulin istehsal edir.

İnsulinə qarşı rezistentliyi olan insan üçün arıqlamaq çox çətin olur — enerji ala bilməyən hüceyrələrin çox güclü, motivasiyasız aclığı insanı soyuducuya doğru aparır, qanda qlükozanın izafi həcmi isə ən təhlükəli yerlərdə toplanır və var gücü ilə orada qalmağa çalışır.

Artıq çəki insulinə qarşı rezistentliyin inkişafını, insulinə qarşı rezistentlik isə çəkinin artmasını təhrik edir. Bu dövrəni qırmaq bəzən heç də asan olmur.

Niyə yaranır?

artıq çəki və piylənmə az hərəkətlilik şəkərli və fast-food qidalar stress və yuxusuzluq genetik faktorlar Bədəndə nə baş verir? qanda şəkər yüksəlməyə başlayır insulin səviyyəsi artır zamanla mədəaltı vəzi yorulur

Əlamətlər:

tez acma yeməkdən sonra yorğunluq şirin yeməyə güclü meyl qarın bölgəsində piylənmə kilo verməyin çətin olması

Risk nədir?

Müalicə olunmazsa, bu vəziyyət Tip 2 diabet və digər metabolik xəstəliklərə yol aça bilər.

Müalicə və profilaktika: düzgün qidalanma (şəkər və ağ unun azaldılması) müntəzəm idman çəki azaltmaq normal yuxu rejimi stressin idarə olunması

Leyla Demokrat.az

D
demokrat.az