CENTCOM İranın körfəz sahillərində mövqelənmiş raket batareyalarını və digər hərbi hədəfləri vurduğunu bildirib.
Demokrat.az xəbər verir ki, dünən gecəyarısı, Hörmüz boğazını Oman sahillərinə yaxın üzərək keçməyə çalışan 5 ticarət gəmisi SEPAH-ın hədəfinə çevrilib.
Gəmilərin aldığı zədənin miqyası haqda hələlik məlumat yoxdur. Amma ABŞ qüvvələr komandanlığı CENTCOM Tehranın bu aqressiv addımına cavab olaraq səhərə yaxın İran ərazisində, körfəzə yaxən yerləşdirilmiş çox sayda hərbi hədəfin vurulduğunu bildirib.
Xatırladırıq ki, Hörmüz boğazında gəmilərin hərəkəti barədə İranla ABŞ razılığa gələ bilməyib. Son atəşkəsdən və müzakirələrin başlamasından sonra Tramp 60 gün ərzində boğazın bütün ticarət gəmiləri üçün açıq oduğunu bəyan etsə də, İran rəsmiləri buna ancaq Tehranın qərar verdiyini bildirərək Hörmüzü SAPH-ın icazəsi olmadan keçməyə cəhd edəcək bütün gəmilərin hədəfə çevriləcəyini bəyan etmişdilər.
Alparslan, Demokrat.az


