İqtisadiyyat

Manat qarşısında bahalaşan valyutalar: Siyahı yeniləndi

Manat qarşısında bahalaşan valyutalar: Siyahı yeniləndi

Azərbaycan Mərkəzi Bankı iyulun 1-nə olan rəsmi valyuta məzənnələrini elan edib.

ABŞ dolları sabitliyini qoruyaraq 1,7000 manat səviyyəsində qalıb. Türkiyə lirəsinin də qiyməti dəyişməyərək 0,0364 manat olub.

Rusiya rublu isə dəyər itirib. Hazırda 100 Rusiya rublu 2,1697 manata bərabərdir.

Avro zonasının vahid valyutası isə bahalaşıb. Avronun rəsmi qiyməti 1,9394 manat təyin olunub.

Beləliklə, ölkənin maliyyə bazarında dollar və lirə sabit qalıb, avro bahalaşıb, rubl isə ucuzlaşıb.

Demokrat.az

D
demokrat.az