Sağlamlıq Özəl

"Kofe asılılıq yarada bilər"

Kofe asılılıq yarada bilər

Gündəlik vərdişə çevrilən kofe asılılıq yarada bilər. Həkimlər bildirirlər ki, hər gün müntəzəm olaraq cəmi bir fincan kofe içmək belə, sonradan orqanizmdə ciddi fəsadlarla müşayiət olunan "imtina sindromu"na yol açır.

Demokrat.az bildirir ki, bu barədə narkoloq Rafael Hakimzanov danışıb.

O bildirib ki, kofein zəif psixostimulyatordur.

"Bu maddə nikotin və ya alkoqol kimi orqanizmi sürətlə parçalamır, şəxsiyyətin aşınmasına səbəb olmur və ağır somatik xəstəliklər yaratmır. Bununla belə, kofeindən imtina edildiyi dövrdə bədənin verdiyi reaksiyalar kifayət qədər xoşagəlməz olur. Hətta beynəlxalq tibbi təsnifatlarda, psixi pozuntular üzrə diaqnostika rəhbərliyində artıq "kofein intoksikasiyası" və "kofein asılılığı" kimi anlayışlar xüsusi araşdırılır".

Mütəxəssislər sağlam yetkin insan üçün kofein normasının gündə 400 milliqramı keçməməli olduğunu xatırladır. Bu da təxminən dörd kiçik fincan kofeyə bərabərdir. Normadan artıq istifadə və ya kofedən qəfil imtina orqanizmin ümumi tonusuna və sinir sisteminə mənfi təsir göstərir.

Demokrat.az

D
demokrat.az