Dünya Özəl

Rusiyadan Ermənistana daha bir qadağa

Rusiyadan Ermənistana daha bir qadağa

Rəsmi Moskva İrəvana qarşı tətbiq etdiyi məhdudiyyətlərin miqyasını daha da genişləndirmək qərarına gəlib. Belə ki, Rusiya Federasiyası Ermənistandan gələn balıq məhsullarının idxalını tamamilə dayandırıb.

Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Ermənistanda fəaliyyət göstərən daha iki iri müəssisənin məhsullarının sertifikatlaşdırılmasını dondurub.

Qeyd olunur ki, bu addım sözügedən müəssisələrdə əvvəllər aşkar edilmiş ciddi qayda pozuntuları tam aradan qaldırılana qədər qüvvədə qalacaq.

Son qərardan sonra Ermənistandan Rusiyaya balıq və balıq məhsullarının ixracı tamamilə iflic olub. Hazırda bu ölkədən Rusiya bazarına məhsul göndərilməsi tam şəkildə dayandırılıb.

Demokrat.az

D
demokrat.az