Maraqlı Özəl

Komanda üzvü "Eşref Rüya"nın bitməsinin əsl səbəbini açıqladı

Komanda üzvü Eşref Rüyanın bitməsinin əsl səbəbini açıqladı

"Kanal D" telekanalının məşhur serialı "Eşref Rüya" gözlənilməz finalı ilə hər kəsi təəccübləndirmişdi. İlk mövsümdə reytinq zirvəsində olan ekran işinin bitmə səbəbi maraq doğururdu. Baş rollarını Demet Özdemir və Çağatay Ulusoyun paylaşdığı layihənin pərdəarxası məqamları ortaya çıxıb.

Demokrat.az bildirir ki, serialın çəkiliş heyətinin üzvü Yener Yalçın layihənin bitməsinin əsl səbəbini açıqlayıb.

İndiyə qədər final barədə çox sayda fərqli iddialar səsləndirilmişdi. Ən çox danışılan iddia Çağatay Ulusoyun sevgilisi Aslıhan Malboranın çəkiliş meydançasına gəlməsi idi. Onun Demet Özdemirlə olan səhnələrdə gərginlik yaratdığı deyilirdi. Aktyorların finaldan sonra bir-birini sosial şəbəkədə izləmədən çıxarması bu söz-söhbətləri daha da alovlandırmışdı.

Komanda üzvü Eşref Rüyanın bitməsinin əsl səbəbini açıqladı

Yener Yalçın isə bütün bu iddialara son qoyub. Onun sözlərinə görə, serialın bitməsinin əsl səbəbi komandanın artıq işdən bezməsidir.

"Layihə əvvəlki qədər gəlir gətirmədikdə həm aktyorlar, həm də istehsal heyəti sıxılmağa başlayıb. Maddi qazancın azalması yaradıcı heyətin motivasiyasını salıb və ekran işi yekunlaşıb", - o deyib.

Yəni, "Eşref Rüya" serialı şəxsi münaqişələrə görə deyil, gəlirlərin azalması və komandanın layihədən yorulması səbəbindən bitib.

İsmayıl Demokrat.az

D
demokrat.az