Sumqayıt şəhərində 41 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Cəmil aralarında yaranmış ailə-məişət münaqişəsi zəminində arvadı Sevili (adlar şərtidir – red.) döşəmə silmək üçün taxta parçası ilə sağ qol nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Cəmilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Cəmil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü arvadı Sevil ilə aralarında mübahisə yaranıb: “Sevil beyin infarktı keçirib. O, sanitar qovşağa getmək istəyəndə çəkələkləri geyinməsi üçün verdim. Bu zaman Sevil buna etiraz etdi. Bundan sonra əsəbiləşərək taxta ilə onun qoluna vurdum”.
Təqsirləndirilən şəxs bildirib ki, əri Cəmil ilə barışıb: “Barışıq ərizəsini sərbəst iradəm ilə tərtib etmişəm. Barışmam üçün mənə hər hansı təsir və təzyiq edilməyib. Cəmil ilə barışmışam, ona qarşı hər hansı şikayətim və tələbim yoxdur”.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


