"Azərbaycan Beynəlxalq Bankı" (ABB) və "Expressbank" ASC-lərin kart əməliyyatlarında texniki problem yaranıb.
Demokrat.az xəbər verir ki, bununla bağlı banklar mobil tətbiqləri vasitəsilə müştərilərinə bildirişlər göndərib.
"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik!", - ABB-nin məlumatında qeyd olunub.
ABB-dən "Report"a bildirilib ki, yaxın zamanda vəsaitlər bank hesablarına bərpa olunacaq.
Digər bank kartlarında da eyni problemin yaşandığı bildirilir.
Demokrat.az


