İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində yerləşən obyektdə baş vermiş yanğın söndürülüb.
Bu barədə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.
Bildirilıib ki, yanğın Xidmətin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
*** 13:22
İmişli rayonunda dörd ticarət obyektində yanğın başlayıb.
Demokrat.az xəbər verir ki, hadisə şəhərin Nəcməddin Savalanov küçəsində yerləşən sakinlərə məxsus ticarət obyektlərində qeydə alınıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin üç texnikası və canlı qüvvələri cəlb olunub.
Demokrat.az


