Avto Özəl

Ən dözümlü BMW mühərrikləri müəyyənləşdi

Ən dözümlü BMW mühərrikləri müəyyənləşdi

BMW mühərrikləri arasında ən dözümlü və etibarlı aqreqatlar müəyyənləşib.

Demokrat.az bildirir ki, bu barədə aparıcı texnologiya platformalarından olan "Webtekno" məlumat yayıb.

Alman avtomobil nəhənginin bəzi mühərrik ailələri illərdir davamlılığı ilə seçilir.İkinci əl maşın bazarında alıcılar artıq at gücü ilə yanaşı xroniki problemlərin olmamasına da xüsusi diqqət yetirirlər.

Mütəxəssislərin fikrincə, siyahının başında "M57" dizel mühərriki qərarlaşıb. Bu aqreqat yüksək yürüş məsafələrində belə sabit işləmə xüsusiyyətinə malikdir. Blok strukturu güclü olduğundan mexaniki aşınma minimum səviyyədə qalır. Avropada bu mühərriklə yüz minlərlə kilometr rəvan qət edən nümunələr mövcuddur.

Müasir dövrün ən uğurlu benzin mühərriki isə "B58" modeli hesab olunur. "Toyota Supra" layihəsində də istifadə edilən bu aqreqat dözümlülüyü ilə fərqlənir. Təkmilləşdirilmiş soyutma sistemi və zəncir probleminin olmaması onu etibarlı edir. Həmçinin mühərrikin modifikasiya potensialı da olduqca yüksəkdir.

Atmosfer tipli mühərrik sevərlər üçün "N52" modeli hələ də populyardır. Turbosuz işləyən bu mexanizm sadə quruluşu ilə xidmət xərclərini azaldır. Maqnezium-alüminium blok sayəsində çəkisi yüngüldür və xətt gücü yüksəkdir. Vaxtında qulluq edildikdə uzun illər problemsiz xidmət göstərir.

Yeni nəsil dizel mühərriklərindən "B47" modeli keçmiş səhvləri tamamilə düzəldib. Əvvəlki "N47" versiyasında yaşanan zəncir problemləri bu aqreqatda tam aradan qaldırılıb. Yanacaq qənaəti və aşağı vibrasiya səviyyəsi bu mühərriki uzaq məsafələr üçün ideal edir.

Beləliklə, BMW markalı avtomobillərdə mühərrikin uzunömürlülüyü birbaşa müntəzəm texniki qulluqdan asılıdır. Düzgün yağ seçimi və vaxtında xidmət bu aqreqatların ömrünü maksimum dərəcədə uzadır. İkinci əl bazarda avtomobil seçərkən mühərrik koduna mütləq diqqət yetirilməlidir.

İsmayıl Demokrat.az

D
demokrat.az