ABŞ-ın İrana qarşı apardığı hava əməliyyatlarına nə qədər maliyyə ayırtdığı məlum olub.
Demokrat.az CNN kanalının araşdırmasına istinadən xəbər verir ki, Pentaqon ABŞ büdcəsindən İran əməıiyyatları üçün 40 milyard dollar pul alıb.
CSIS - Strateji və beynəlxalq araşdırmalar mərkəzinin baş məsləhətçisi Mark Kansianın kanala verdiyi məlumata görə, 40 milyarda əməliyyatda istifadə edilən sursat, bomba, raketlər, həmçinin hərbi texnika və Yaxın Şərqdə bəzi hərbi bazaların bərpa olunması daxildir.
Xatırladırıq ki, əməliyyatın planlaşdırıldığı dövrdə Pentaqon ABŞ maliyyə nazirliyindən 80 milyard dollarlıq büdcə istəmişdi.
Alparslan Demokrat.az


