Sumqayıt şəhərində partlayış hadisəsi qeydə alınıb.
Demokrat.az "Report"a istinadən xəbər verir ki, hadisə 42-cı məhəllədə yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var. Hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Ərazidə təhlükəsizlik tədbirləri görülür.
Araşdırma aparılır, partlayışın başvermə səbəbləri müəyyənləşdirilir. 


Demokrat.az


