Hadisə

Masazırda motosiklet 4 yaşlı uşağı vurub öldürdü

Masazırda motosiklet 4 yaşlı uşağı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində, "Qurtuluş-93" yaşayış kompleksinin yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, 19 yaşlı sürücünün idarə etdiyi motosiklet 4 yaşlı Atilla Bağırovu vurub.

Ağır xəsarətlər alan azyaşlı dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Demokrat.az

NE
Nihadə Eyyubova