Dünya Özəl

Zelenski : "Ukrayna müharibəni bu ilin sonuna qədər bitirmək istəyir"

Zelenski : Ukrayna müharibəni bu ilin sonuna qədər bitirmək istəyir

Dövlət başçısının sözlərinə görə, Avropanın hər bir demokratik ölkəsi Aİ üzvlüyünə layiqdir.

Demokrat.az Reuters"ə istinadən xəbər verir ki, bunu Aİ Sammitində prtezident Zelenski deyib.

Ukrayna prezidenti Vladimir Zelenski Aİ sammitində bəyan edib ki, Avropanın gələcəyi Ukraynanın müdafiəsi ilə formalaşır və blokun gələcəyi üçün təhlükəsizliyin ən yaxşı təminatı Kiyevə sürətləndirilmiş üzvlüyün verilməsi olacaq

Dövlət başçısı bildirib ki, Ukraynanın ilin sonuna qədər Rusiya ilə müharibəni dayandırmaq istədiyi barədə üzv dövlətləri məlumatlandırıb və həmçinin onları hava hücumundan müdafiə raketləri və yanacaqla təmin etməklə Kiyevi gələn qışa hazırlamağa kömək etməyə çağırıb.

"Avropadakı hər bir demokratik toplum Aİ üzvlüyünə layiqdir və Ukrayna buna layiqdir, çünki o, azad, müstəqil və avropalı olmaq hüququna görə hər hansı digər ölkədən daha çox pul ödəyib. Avropanın gələcəyi - azad, vahid və təbii ki, sülhsevər - bizim müdafiəmizlə həll olunur. Bu, bizim vəziyyətimizin nə qədər unikal olduğunu nümayiş etdirir", - deyə Zelenski bildirib.

Alparslan Demokrat.az

NE
Nihadə Eyyubova