Hadisə

Mingəçevirdə futbolçu vəfat etdi — FOTO

Mingəçevirdə futbolçu vəfat etdi — FOTO

Mingəçevir futbolunun tanınmış simalarından olan funksioner Elbrus İsmayılov dünyasını dəyişib.

Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, futbol veteranı 66 yaşında qəfil ürək tutmasından vəfat edib.

Qeyd edək ki, Elbrus İsmayılov futbolçu karyerası dövründə Mingəçevirin "Kür-Nur" komandasının heyətində uğurlu çıxışları ilə yaddan qalan simalardan olub. Veteran futbolçu sonrakı illərdə Mingəçeviri ölkə çempionatlarında təmsil edən "Energetik" klubunun vitse-prezidenti vəzifəsini icra edib.

Allah rəhmət eləsin!

Mingəçevirdə futbolçu vəfat etdi — FOTO

Demokrat.az

NE
Nihadə Eyyubova