Beş övladı və beş nəvəsi olan tanınmış türk iş adamı Ali Ağaoğlu 72 yaşında yenidən ata olmağa hazırlaşır.
Demokrat.az xəbər verir ki, təxminən 15 ildir münasibətdə olduğu 2007-ci il “Miss Model of Turkey” qalibi Bige Yıldırımerin hamilə olduğu qeyd edilir.
“Sabah” qəzetindən Bülent Cankurtun xəbərinə görə, Yıldırımerdən ata olacağı xəbərini alan Ağaoğlu böyük sevinc yaşayıb və 3 aylıq hamilə olan sevgilisinə doğumu gözləmədən “hamiləlik hədiyyəsi" alıb. Onun Yıldırımerə Bodrumda lüks bir villa hədiyyə etdiyi iddia olunur.
Ağaoğlunun Sema Ağaoğlundan Alican və Səna adlı iki övladı var. O, Ayten Alpardan Mertcan adlı bir oğul atasıdır. Bundan başqa Emre və Ali Ege adlı iki övladı da var.
Jalə Demokrat.az


