Hadisə Özəl

Bakıda "Azadlıq city" yaşayış kompleksində qorxulu anlar — VİDEO

Bakıda Azadlıq city yaşayış kompleksində qorxulu anlar — VİDEO

Bakıda yaşayış kompleksində azyaşlıların həyatı üçün təhlükəli anlar kameraya düşüb.

Demokrat.az xəbər verir ki, hadisə "Azadlıq city" yaşayış kompleksində qeydə alınıb. Kompleksin həyətində tikinti zamanı istifadə olunan yük qaldıran lift nəzarətsiz qalıb. Ərazidə oynayan uşaqlar liftin açıq platformasına çıxıblar.

Uşaqlar heç bir təhlükəsizlik tədbiri görülməyən və ətrafı hasarlanmayan konstruksiyanın üzərində təhlükəli oyunlar oynayıblar. Sakinlər liftin hər an hərəkətə gələ biləcəyini və ya uşaqların ordan yıxılma ehtimalının olduğunu bildirirlər.

Valideynlər "İnam inşaat - 555" şirkəti tərəfindən quraşdırılan bu qurğunun ciddi fəsadlar törədə biləcəyindən narahatdırlar. Onlar aidiyyatı qurumlardan ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edirlər.

Kənan Demokrat.az

NE
Nihadə Eyyubova