Əfsanəvi ABBA qrupunun meneceri Görel Hanser vəfat edib. Qrupun "beşinci üzvü" hesab olunan məşhur menecer 76 yaşında dünyasını dəyişib.
Demokrat.az bildirir ki, onun ölüm səbəbi hələlik açıqlanmayıb.
Bu itki musiqi dünyasında böyük kədərlə qarşılanıb. ABBA qrupunun üzvləri Aqnetf Feltskoq, Byörn Ulveus, Benni Andersson və Frida Lyunqstad sosial şəbəkələrdə ortaq bəyanat yayıblar. Qrup üzvləri ən sevimli dostlarını və yaxın həmkarlarını itirdiklərini bildiriblər. Onlar bu itkinin miqyasının ölçüyəgəlməz olduğunu qeyd edərək, kədərli vaxtda şəxsi həyatlarına hörmətlə yanaşılmasını xahiş ediblər.
ABBA qrupu 1972-ci ildə İsveçin paytaxtı Stokholm şəhərində yaradılıb. Kollektiv dünya şöhrətini 1974-cü ildə “Avroviziya” mahnı müsabiqəsində ifa etdiyi məşhur “Waterloo” hiti ilə qalib gəldikdən sonra qazanıb. Qrup fəaliyyətini 1982-ci ildə dayandırıb.
Demokrat.az


