Şou-biznes

Tanınmış modeldən milyonluq əmlakı ilə bağlı açıqlama

Tanınmış modeldən milyonluq əmlakı ilə bağlı açıqlama

Türkiyəli model və müğənni Tuğba Özay Antalyadakı 10 hektarlıq ferması ilə bağlı maraqlı açıqlama verib.

O bildirib ki, illər əvvəl Manavgat rayonunda aldığı bu torpaq sahəsi onun üçün sadəcə sərmayə deyil, həm də ailə xatirələrini yaşadan dəyərli bir məkandır.

Özay qeyd edib ki, əmlakın qiyməti milyonlarla ölçülsə də, onu satmaq fikrində deyil. Sənətçinin sözlərinə görə, istəsə bu fermanı sataraq İstanbul şəhərinin ən prestijli bölgələrindən birində malikanə əldə edə bilər, lakin mənəvi bağlılığı buna imkan vermir.

Atası ilə bağlı xatirələrin bu məkanda yaşadığını vurğulayan Özay, fermanın qorunmasının onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, həmçinin vəsiyyətində ölümündən sonra həmin əmlakın dövlət qurumlarından birinə bağışlanmasını istədiyini açıqlayıb.

Demokrat.az

NE
Nihadə Eyyubova