Hadisə

Özəl reabilitasiya mərkəzində ölüm HADİSƏSİ

Özəl reabilitasiya mərkəzində ölüm HADİSƏSİ

Abşeron rayonunda özəl reabilitasiya mərkəzinə yerləşdirilən şəxs müəmmalı şəraitdə ölüb.

Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə iyunun 12-si saat 9 radələrində Goradil qəsəbəsi ərazisində yerləşən "Reself Lite" reabilitasiya mərkəzində baş verib.

Belə ki, orada müalicə alan Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Ə.Ramazanov naməlum səbəbdən ölüb. Onun bir müddətdir qeyd edilən mərkəzdə müalicə aldığı bildirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Demokrat.az

NE
Nihadə Eyyubova