Şou-biznes

Aynişan yenidən gəlinlik geyindi — FOTO

Aynişan yenidən gəlinlik geyindi — FOTO

Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyeva yenidən gəlinlikdə görünüb.

Demokrat.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, o, gəlinlikdə çəkdirdiyi görüntüləri şəxsi instaqram hesabında yayımlayıb.

Bloger paylaşımına qısa, lakin maraq doğuran “Yoxsa...?” şərhini əlavə edib. Bu paylaşım izləyicilər arasında onun şəxsi həyatı ilə bağlı müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olub.

İzləyicilərin bir qismi paylaşımın ardından Aynişanın yenidən ailə qurmağa hazırlaşdığını iddia edib və onu təbrik edib. Digər sosial şəbəkə istifadəçiləri isə bunun sadəcə fotosessiya üçün çəkilmiş kadrlar olduğunu, Aynişanın müxtəlif brendlərlə əməkdaşlıq çərçivəsində model kimi kamera qarşısına keçdiyini qeyd ediblər.

Qeyd edək ki, Aynişan Quliyeva 2020-ci ilin əvvəlində fitnes məşqçisi Kənan Əliyevlə ailə həyatı qurub.Elə həmin il cütlük boşanıb.

Aynişan yenidən gəlinlik geyindi — FOTO

Demokrat.az

NE
Nihadə Eyyubova