Üç bürcün həyatında böyük uğur və bolluq dövrü başlayır. Astroloqların fikrincə, kosmik enerjinin dəyişməsi ilə bəzi bürclərin bəxti tamamilə açılır. Keçmişdə çəkilən zəhmətlərin bəhrəsini görmək vaxtı çatıb.
Demokrat.az həmin şanslı bürcləri təqdim edir:
Buğa
Buğalar son vaxtlar həyatı ağır bir mübarizə meydanı kimi görə bilərdilər. Astrolojik təsirlər bu gündən etibarən onların köməyinə çatır. Əvvəllər cəsarət edilməyən, çətin görünən işlər üçün daxili motivasiya yaranır. Radikal addımlar atmaq üçün kainat böyük dəstək verir. Bu dövrdə riskdən qaçmamaq, qətiyyətli olmaq lazımdır. Keçmiş qorxuları kənara qoyub irəliləməyin tam vaxtıdır.
Şir
Şir bürcü altında doğulanlar üçün yenidən parlamaq dövrü gəlir. Uğursuzluqların bitdiyini düşünən Şirlər üçün bolluq qapıları açılır. Bu uğur təsadüf deyil, illərlə tökülən alın tərinin bədəlidir. Gökyüzü Şirlərə öz həyatlarının ağası olduqlarını xatırladır. Başqalarının nə deməsindən asılı olmayaraq, idarəetmə tamamilə onların əlindədir.
Oğlaq
Oğlaqlar intizamlı və planlı hərəkət etdikləri üçün qarşılarına çıxan şansları dərhal dəyərləndirəcəklər. Onlar bu uğuru təkəbbürlə deyil, minnətdarlıqla qarşılayırlar. Bu dövr Oğlaqların həyatında mühüm dönüş nöqtəsidir. Keçmişdə göstərilən səylər düzgün zamanla kəsişir. İndi sadəcə arxaya söykənib çətin günlərin geridə qalmasının və gələn böyük uğurun dadını çıxarmaq lazımdır.
İsmayıl Demokrat.az


