Maraqlı Özəl

Əriyin bilmədiyimiz faydaları...

Əriyin bilmədiyimiz faydaları...

Ərik liflər, A, C vitaminləri və kaliumla zəngin təbii qidadır. Həm təzə, həm də quru halı orqanizm üçün olduqca faydalıdır.

Demokrat.az bildirir ki, əriyin əsas faydaları aşağıdakılardır:

Həzmi asanlaşdırır: Yüksək lif tərkibi sayəsində mədə-bağırsaq sistemini tənzimləyir, bağırsaqları təmizləyir və qəbizliyin qarşısını alır. Səhərlər acqarına yeyilən 2-3 ədəd ərik həzmə xüsusilə kömək edir.

Ürək sağlamlığını dəstəkləyir: Kaliumla zəngin olduğu üçün qan təzyiqini (təzyiqi) tənzimləyir, ürək əzələlərini qüvvətləndirir və damar sağlamlığını qoruyur.

Görməni yaxşılaşdırır: A vitamini və beta-karotinlə zənginliyi göz torunu qoruyur və görmə qabiliyyətini artırır.

İmmuniteti möhkəmləndirir: Tərkibindəki C və E vitaminləri kimi güclü antioksidantlar bədəni sərbəst radikallardan qoruyur, iltihab proseslərini azaldır.

Dərini və saçları qoruyur: Dərini nəmləndirir, elastikliyini saxlayır və qocalma əlamətlərini gecikdirir.

Qan azlığına (anemiya) xeyirdir: Dəmir baxımından zəngin olan ərik (xüsusilə quru ərik) qan dövranını yaxşılaşdırır və qansızlığın müalicəsində köməkçi rol oynayır.

Artıq mayeni xaric edir: Sidikqovucu xüsusiyyəti ilə bədəndəki ödemi (şişkinliyi) azaldır.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova