Sağlamlıq Özəl

Çiyələk yeyən qadın bu hala düşdü — Səbəb açıqlandı (VİDEO)

Çiyələk yeyən qadın bu hala düşdü — Səbəb açıqlandı (VİDEO)

Dünən çiyələk yedikdən sonra bədəni qəfil pis hala düşən şəxsin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və qısa zamanda gündəm mövzusuna çevrilib.Hadisənin hansı şəraitdə baş verdiyi və çiyələyin mənşəyi ilə bağlı hələlik rəsmi məlumat verilməyib. Sosial şəbəkə istifadəçiləri hadisə ətrafında müxtəlif ehtimallar səsləndirir, bir qisim bunu qida allergiyası ilə əlaqələndirir, digərləri isə məhsulun keyfiyyəti və ya saxlanma şəraiti ilə bağlı ola biləcəyini bildirir.

Mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Demokrat.az-a bildirib ki, bitkiçilik, meyvə-tərəvəz və ümumiyyətlə kənd təsərrüfatı məhsullarının yetişdirilməsində bir çox hallarda zərərvericilərdən və müxtəlif xəstəliklərdən qorumaq, həmçinin məhsuldarlığı artırmaq üçün gübrə və pestisidlərdən istifadə olunur:

"Bu vasitələrdən istifadə zamanı insanlar sağlamlığa diqqət etməli, prosesi peşəkar şəkildə aparmalı və miqdarı düzgün tənzimləməlidirlər. Dərman və pestisidlərlə işləyən işçilər, fermerlər yüksək risk qrupuna aiddir. Onlar düzgün qaydada istifadə etmədikdə ciddi xəstəliklərə yoluxma və sağlamlığın pozulması riski artır. Pestisidlərin normadan artıq istifadəsi nəticəsində isə həmin meyvə-tərəvəzləri qəbul edən insan orqanizmində zamanla toksik maddələr yığılır. Bu vəziyyət ilkin mərhələdə zəhərlənmə verməsə də, bir çox hallarda baş ağrısı, allergik reaksiyalar, ürəkbulanma, qıcıqlanma, xüsusilə də dəri və göz qıcıqlanması kimi əlamətlərlə özünü göstərir. Bu əlamətlər isə hər insanda fərqli ola bilər. Uzunmüddətli və davamlı şəkildə pestisid qalığı olan meyvə-tərəvəzdən istifadə edən insanlarda daha ciddi nəticələr yarana bilər. Hətta bəzi xərçəng növləri, hormon balansının pozulması, sinir sistemi xəstəlikləri, yeniyetmə və gənc yaşlarda isə sonsuzluq riski müşahidə oluna bilər. Hamilə və südverən qadınlar da risk qrupuna daxildir. Bu hallarda dölün tələf olması və ya uşağın inkişafdan geri qalması kimi problemlər yarana bilər ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarında da qeyd olunur".

O deyib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarına əsasən, son onilliklərdə pestisidlərdən istifadə artıb ki, bu da həm qida məhsullarının tərkibinə, həm də ətraf mühitə müxtəlif risklər yaradır:

"Digər bir məqam isə bəzi məhsulların mövsümündən kənar yetişdirilməsi zamanı istifadə olunan kimyəvi maddələrdir ki, bu da eyni təhlükələri yarada bilər. Ona görə pestisidlərin istifadəsi mütləq şəkildə təlimatlara uyğun, peşəkar heyət tərəfindən aparılmalı, fermerlər isə davamlı olaraq maarifləndirilməlidir.

Maarifləndirmə ilə yanaşı laborator nəzarət tədbirləri də gücləndirilməlidir. Çünki bir çox hallarda xırda fermer təsərrüfatlarında nəzarət mexanizmi kifayət qədər ciddi tətbiq olunmur və bazara çıxan məhsullar tam yoxlanılmadan satıla bilir. Bu isə insan sağlamlığı üçün ciddi risklər yaradır.

İstehlakçılar da meyvə və tərəvəz məhsullarını alarkən onları düzgün şəkildə yumalı, axar su altında təmizləməli və gigiyenik qaydalara əməl etməlidirlər. Eyni zamanda sağlam qida hesab olunsa da, meyvə-tərəvəzi həddindən artıq istehlak etmək də düzgün deyil. Həm təhlükəsizliyə, həm də miqdarına diqqət yetirilməsi vacib amillərdən biridir", - deyə o qeyd edib.

View this post on Instagram

A post shared by Dr.Ağa İsmayilov (@plazmaferez.aga.ismayilov)

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova