Boşandıqdan sonra bir müddət gözlərdən uzaq qalan tanınmış şoumen Mehmet Ali Erbil yenidən gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, onun 21 yaşlı Eylem Çelik ilə "TikTok" üzərindən tanış olduğu və yeni bir münasibətə başladığı iddia edilib.
Maqazin gündəminin tez-tez müzakirə olunan adlarından olan Erbil şəxsi həyatı ilə yenidən diqqət mərkəzinə düşüb. Bir müddət əvvəl Gülseren Ceylan ilə yollarını ayıran şoumenin boşanma sonrası yeni eşq yaşadığı irəli sürülüb.
Erbil və Ceylan daha əvvəl "TikTok" canlı yayımında münasibətlərinə ikinci şans verdiklərini açıqlamışdı. Lakin tez-tez yaşanan ayrılıq və barışmaların ardından cütlük sonda tamamilə ayrılma qərarı verib.
Beykoz 1-ci Ailə Məhkəməsində keçirilən iclasda evlilik “ailə birliyinin əsaslı şəkildə pozulması” səbəbilə tək iclasda rəsmən sonlandırılıb.
Boşanmadan sonra ilk dəfə Nişantaşı küçələrində görüntülənən Erbil və keçmiş həyat yoldaşı Gülseren Ceylanın davranışları sosial mediada da müzakirə mövzusu olub.
“Snob Magazin”in məlumatına görə, Mehmet Ali Erbilin yeni münasibət yaşadığı şəxsin 21 yaşlı Eylem Çelik olduğu bildirilir. İddialara əsasən, cütlük "TikTok" vasitəsilə tanış olub və son aylarda yaxınlaşıb.
Qeyd edək ki, 69 yaşlı Mehmet Ali Erbilin 5 dəfə evli olub.
Jalə Demokrat.az


