Maraqlı Özəl

Tər qoxusundan birdəfəlik qurtulmağın sadə yolu

Tər qoxusundan birdəfəlik qurtulmağın sadə yolu

Yay fəsli yaxınlaşdıqca mağazalardakı kimyəvi tərkibli dezodorantlara böyük məbləğdə pullar xərcləmək və sağlamlığı təhlükəyə atmaq artıq geridə qalır. Geyimlərdə sarı ləkələr buraxan vasitələrin yerini mətbəxdə olan təbii məhsullar tutur. Bədən qoxusunu tamamilə aradan qaldıran əsrlərin sınanmış elmi formulu ev şəraitində asanlıqla hazırlana bilər.

Demokrat.az xəbər verir ki, tərləmə bədənin təbii toksin təmizləmə mexanizmidir və tər öz-özlüyündə qoxusuzdur. Narahatlıq yaradan qoxu qoltuqaltı nahiyədəki rütubətli mühitdə bakteriyaların çoxalması nəticəsində yaranır. Bu bakteriyaları məhv etməyin ən təsirli yolu isə qida sodasından istifadə etməkdir. Qida sodası dərinin pH balansını dəyişərək bakteriyaların yaşamasına imkan vermir.

Elmi araşdırmalar da qida sodası və çay ağacı yağının güclü antimikrob xüsusiyyətlərini təsdiqləyir. Bu iki məhsul birləşdikdə bazardakı alüminium və paraben tərkibli dezodorantları əvəz edən unikal qarışıq yaranır. Hazırlanması üçün bir xörək qaşığı kokos yağı əridilir, üzərinə bir çay qaşığı qida sodası və bir neçə damcı çay ağacı yağı əlavə edilərək qarışdırılır. Krem halına salınan qarışıq təmiz qoltuqaltı nahiyəyə çəkilir. Həssas dərili şəxslərin istifadədən öncə qarışığı bilək nahiyəsində yoxlaması tövsiyə olunur.

Yəni, yayda qoltuqaltı qoxudan xilas olmaq üçün baha və zərərli kimyəvi dezodorantlar almağa ehtiyac yoxdur. Evdə kokos yağı, qida sodası və çay ağacı yağını qarışdırıb tam təbii krem düzəldirsən, həm sağlamlığını qoruyursan, həm də qoxunun qarşısını tam alırsan.

Aytən Demokrat.az

NE
Nihadə Eyyubova