Bakı merinin oğlu Şamil Əzizov Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifəyə gətirilib.
Demokrat.az xəbər verir ki, Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olunub. Nazirliyin rəsmi internet səhifəsində yer alan məlumata görə, müvafiq əmrlə bu vəzifə Şamil Əzizova həvalə edilib.
Yeni müşavir Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur. Şamil Əzizov bu təyinatadək Heydər Əliyev Mərkəzində direktor köməkçisi həmçinin Heydər Əliyev Fondunun icraçı direktorunun köməkçisi vəzifələrində fəaliyyət göstərib. (Bakıvaxtı.az)

Demokrat.az


