Hadisə

Goranboyda ağır qəza, ölənlər var — FOTO

Goranboyda ağır qəza, ölənlər var — FOTO

Goranboy rayonunda ağır yol qəzası baş verib.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı “VAZ 2107” və “VAZ 2106” markalı avtomobillər toqquşub.

Nəticədə, avtomobillərdə olan şəxslərdən 2 nəfər hadisə yerində ölüb, xəsarət alanlar var.

Yaralı şəxslər yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.

Goranboyda ağır qəza, ölənlər var — FOTO

Demokrat.az

NE
Nihadə Eyyubova