Yay mövsümünün gəlişi ilə əlaqədar süfrələrin imtinaedilməz təamı olan qarpızdan fərqli üsullarla istifadə qaydaları gündəmə gəlir. Son illər xüsusilə Avropa mətbəxində populyarlıq qazanan və yüngüllüyü ilə seçilən qarpız salatı, qidalanmasına diqqət edənlər üçün ideal alternativlərdən biri hesab olunur.
Demokrat.az bildirir ki, bu təravətləndirici salatı hazırlamaq üçün minimum vaxt və sadə inqrediyentlər tələb olunur. İdeal dad balansını tapmaq üçün aşağıdakı addımların ardıcıllıqla yerinə yetirilməsi tövsiyə edilir.
Lazım olan məhsullar:
Qarpız: 500 qram (çərdəkləri təmizlənmiş və kubformasında doğranmış) Ağ pendir və ya Feta pendiri: 150 qram (kiçik kublar şəklində) Təzə nanə yarpaqları: 1 ovuc (narın doğranmış) Qırmızı soğan: yarım baş (nazik, aypara formasında doğranmış) Zeytun yağı: 2 xörək qaşığı Limon şirəsi: 1 xörək qaşığı Duz və qara istiot: zövqə görə Hazırlanma qaydası:
Geniş salat qabına əvvəlcə doğranmış qarpız dilimləri əlavə edilir. Qarpızın sulu və formasını itirməməsi üçün bütün proses boyu ehtiyatlı davranmaq vacib şərtlərdən biridir. Daha sonra qırmızı soğan və təzə nanə yarpaqları qarpızın üzərinə əlavə olunur.
Ayrı kiçik qabda zeytun yağı, təzə sıxılmış limon şirəsi, duz və istiot qarışdırılaraq sous hazırlanır. Hazırlanmış sous salatın üzərinə gəzdirilir.
Sonda doğranmış ağ pendir salata əlavə edilir. Pendirin əzilməməsi və qarpızın suyunu çox çıxarmaması üçün bütün məhsullar aşağıdan yuxarıya doğru yüngül hərəkətlərlə qarışdırılır. Mütəxəssislər qeyd edirlər ki, qarpız salatının dadının tam oturması və maksimum təravət verməsi üçün hazırlanandan dərhal sonra, soyuq şəkildə servis edilməsi məqsədəuyğundur. İstehlakçıların zövqünə görə salata qoz ləpəsi və ya rukkola da əlavə oluna bilər.
Aytən Demokrat.az


