Hadisə

Bakıda evdən ata və oğulun meyiti tapıldı

Bakıda evdən ata və oğulun meyiti tapıldı

Paytaxtın Binəqədi rayonunda yerləşən 9-cu mikrorayon ərazisində ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

Demokrat.az xəbər verir ki, yaşayış evlərindən birində 13 yaşlı Kamran Abıyev və onun atası Əbülfəz Abıyevin meyitləri aşkar edilib. İlkin ehtimallara görə, ata ilə oğulun ölümünə mənzilə sızan dəm qazı səbəb olub. Məlumata görə, faciəvi şəkildə dünyasını dəyişən yeniyetmə Nəsimi rayonundakı 247 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.

Hazırda baş vermiş hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda zəruri təhqiqat işləri davam etdirilir.(qafqazinfo)

Demokrat.az

NE
Nihadə Eyyubova