Avto Özəl

Maşın yuyarkən sürücülərin etdiyi bu səhv onları 200-300 manat ziyana salır

Maşın yuyarkən sürücülərin etdiyi bu səhv onları 200-300 manat ziyana salır

Avtomobili günəş altında yumaq boya örtüyünə zərər verə bilər.

Mütəxəssislər avtomobillərin birbaşa günəş şüaları altında yuyulmasının boya örtüyünə və xarici görünüşünə mənfi təsir göstərdiyini bildirirlər.

Qeyd olunur ki, günəş altında qızmış avtomobilin banına vurulan su sürətlə buxarlanır. Nəticədə suyun tərkibindəki mineral maddələr səthdə qalaraq sonradan təmizlənməsi çətin olan ləkələr yaradır.

Bundan başqa, avtomobil şampunları və təmizləyici vasitələr yüksək temperaturun təsiri ilə tez quruyur. Quruyan kimyəvi maddələrin qalıqları boya və lak qatında izlər buraxa, səthin matlaşmasına və rəngin parlaqlığını itirməsinə səbəb ola bilər.

Mütəxəssislərin sözlərinə görə, ban üzərində qalan su damcıları da əlavə risk yaradır. Günəş şüaları bu damcılar vasitəsilə müəyyən nöqtələrdə cəmləşərək lak qatının həddindən artıq qızmasına və zədələnməsinə gətirib çıxara bilər.

Eyni zamanda, uzun müddət günəş altında qalan avtomobilin səthinə qəfil soyuq su vurulması termal gərginlik yaradır. Bu isə lak qatında mikroskopik çatların əmələ gəlməsi, eləcə də bəzi plastik və rezin hissələrin deformasiyası ilə nəticələnə bilər.

Bu səbəbdən avtomobilin kölgədə, səhər və ya axşam saatlarında, səth tam soyuduqdan sonra yuyulması tövsiyə edilir. Həmçinin yuyulmadan sonra suyun öz-özünə qurumasını gözləmədən avtomobilin mikrofayber dəsmalla qurulanması məsləhət görülür.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova